Çinin dövlət başçısı Rusiyaya səfər edəcək
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq verdiyi açıqlamada Sinin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə martın 20-22-də Moskvaya rəsmi səfər edəcəyini bildirib.
Çinin dövlət başçısı Si Cinpin Moskvaya səfər edəcək.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq verdiyi açıqlamada Sinin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə martın 20-22-də Moskvaya rəsmi səfər edəcəyini bildirib.
Kremldən verilən açıqlamada bildirilib ki, Vladimir Putin və Si Cimpin arasında baş tutacaq görüşdə Rusiya və Çin arasındakı əlaqələr və strateji əməkdaşlıq müzakirə olunacaq''.
Liderlərin beynəlxalq arenada əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı da fikir mübadiləsi aparacaqları bildirilib. Bəyanatda bildirilib ki, liderlərin bəzi mühüm sənədləri imzalayacaqlar.
Si Cinpin Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk dəfədir ki, Rusiyaya səfər edir.
Әlaqәli Xәbәrlәr

Blinken: "F-16 qırıcılarının Türkiyeyə satışı NATO üçün əhəmiyyətlidir"
Antoni Blinken F-16 qırıcılarının Türkiyeyə satışının NATO üçün əhəmiyyətli olduğunu bildirib.