Çinə aid gəmilər Şərqi Çin dənizində Yaponiyanın ərazi sularına daxil olub

Çin Xalq Cümhuriyyətinə aid gəmilər Şərqi Çin dənizində Yaponiyanın ərazi sularına daxil olub.

1960986
Çinə aid gəmilər Şərqi Çin dənizində Yaponiyanın ərazi sularına daxil olub

Çin Xalq Cümhuriyyətinə aid gəmilər Şərqi Çin dənizində Yaponiyanın ərazi sularına daxil olub.
Çinin sahil mühafizə gəmilərinin Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları ətrafındakı Yaponiya ərazi sularına daxil olduğu bildirilib.
Okinava əyalətinin Naha qəsəbəsində yerləşən 11-ci Dairə Sahil Mühafizəsi Qərargahının məlumatına görə, Çinin 2 sahil mühafizə gəmisi Yaponiyanın milli ərazi sularını pozub.

Senkaku yaxınlığında bitişik ərazidə hərəkət edən Çin gəmiləri tezliklə milli ərazi sularının əhatə etdiyi əraziyə daxil olaraq Yapon balıqçı gəmilərinə yaxınlaşıblar.

Çin gəmilərinə ərazini tərk etmələri barədə xəbərdarlıq edən Yaponiya Sahil Mühafizəsinin balıqçı gəmilərinin təhlükəsizliyini təmin etdiyi bildirilib.

NHK Dövlət Televiziyasının məlumatına görə, sonuncu pozuntu bu il Senkaku ətrafında Çinə aid gəmilər tərəfindən Yaponiyanın ərazi sularının 9-cu pozuntu kimi qeydə alınıb.

Şərqi Çin dənizində Yaponiyanın "Senkaku" və Çinin "Diaoyu" adlandırdığı adalar, 5 ada və 3 qayalıqdan ibarətdir.

Yaponiyaya məxsus olan və Çinin isə haq iddia etdiyi, üzərində heç kimin yaşamadığı adalar uzun müddətdir ki, suverenlik mübahisələrinə səbəb olur.



Әlaqәli Xәbәrlәr