ABŞ və Rusiya rəsmiləri Qara dəniz üzərində baş vermiş insidenti müzakirə ediblər

Çərşənbə axşamı Amerika Birləşmiş Ştatlarına məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub.

1960611
ABŞ və Rusiya rəsmiləri Qara dəniz üzərində baş vermiş insidenti müzakirə ediblər

Çərşənbə axşamı Amerika Birləşmiş Ştatlarına məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub.
ABŞ-ın Avropa Komandanlığından verilən yazılı açıqlamada Rusiyaya məxsus iki ''Su-27'' təyyarəsinin Qara dəniz üzərində ABŞ-ın ''MQ-9'' PUA-nın qarşısını almağa çalışdığı irəli sürülüb. Bunun qəzaya yol açdığı və “MQ-9”un tam itkisi ilə nəticələndiyi bildirilib.
Açıqlamada Rusiya təyyarələrinin müşahidə və kəşfiyyat məqsədilə PUA-ya qeyri-peşəkarcasına müdaxilə etdiyi iddia edilib.

Rusiya isə təyyarələrinin silahdan istifadə etmədiyini və Amerika Birləşmiş Ştatlarına məxsus pilotsuz uçuş təyyarəsi ilə təmas qurmadığını, kəskin manevr nəticəsində amerika PUA-nın hündürlüyü itirərək nəzarətsiz uçuşa çıxdığını və su səthinə çırpıldığını açıqlayıb.

Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov Qara dəniz üzərində amerikan dronu ətrafındakı insidentdən sonra ABŞ Dövlət Departamentinə çağırılıb.
ABŞ və Rusiya müdafiə nazirləri də telefon əlaqəsi saxlayaraq Qara dəniz üzərində yaşanan insidenti qiymətləndiriblər.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu həmkarı Lloyd Ostinə bildirib ki, insident rəsmi Vaşinqtonun Rusiyaya qarşı artan kəşfiyyat fəaliyyəti nəticəsində baş verib.

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milley rus pilotun ABŞ-ın pilotsuz uçuş təyyarəsinə qarşı təcavüzünə dayir görüntülərin aydın olduğunu lakin pilotsuz uçuş təyyarəsinin qəsdən vurduğuna əmin olmadığını söyləyib.

PUA-nın qalıqlarının çıxarılıb çıxarılmayacağının qiymətləndiriləcəyini bildirən Milley ABŞ-ın bölgədə gəmisinin olmadığını, ancaq bölgədə müttəfiqlərinin olduğunu bildirib.

Milley Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovla da telefon əlaqəsi saxlayıb.



Әlaqәli Xәbәrlәr