Sergey Verşinin: ''Rusiya ''Taxıl sazişi''nin daha 60 gün uzadılmasına etiraz etmir''
Rusiya martın 18-də başa çatacaq ''Taxıl sazişi''nin daha 60 gün uzadılmasına etiraz etmədiyini açıqlayıb.

Rusiya martın 18-də başa çatacaq ''Taxıl sazişi''nin daha 60 gün uzadılmasına etiraz etmədiyini açıqlayıb.
Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan və BMT baş katibinin humanitar məsələlər və fövqəladə yardım üzrə koordinatoru Martin Qriffits ilə ''Taxıl sazişi''nin uzadılması ilə bağlı keçirdiyi görüşdən sonra bəyanat verib.
Sergey Verşinin görüşdə 2022-ci ilin iyul ayında taxıl sazişinin uzadılması məsələsinin müzakirə olunduğunu deyib.
Sergey Verşinin deyib ki, Rusiya martın 18-də başa çatacaq ''Taxın sazişi''nin daha 60 gün uzadılmasına etiraz etmir.
Әlaqәli Xәbәrlәr

Uçurumun kənarında 45 torbada insan cəsədi tapılıb
Meksikanın qərbindəki Qvadalaxara şəhərində uçurumun kənarında 45 torbada insan cəsədi tapılıb.