S.Dujarrik:''BMT ''Taxıl saziş''nin davam etdirilməsini dəstəkləyir''
Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiye və BMT-nin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında imzalanan ''Taxıl sazişi''nin davam etməsini təmin etmək üçün səylərini davam etdirəcəyini açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiye və BMT-nin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında imzalanan ''Taxıl sazişi''nin davam etməsini təmin etmək üçün səylərini davam etdirəcəyini açıqlayıb.
BMT baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında Rusiyanın ''Taxıl sazişi''nin daha 6 ay uzadılmasına dair qərarını qiymətləndirib.
BMT-nin eyni zamanda Rusiya ərzaq və gübrə məhsullarının ixracını asanlaşdırmaq üçün səylərini davam etdirdiyini qeyd edən Stefan Dujarrik deyib:"BMT razılaşmanın davam etməsi üçün səylər göstərməyə davam edəcək".
Rusiya qida və gübrə məhsullarının ixracına dair BMT ilə Moskva administrasiyası arasında imzalanan anlaşma memorandumunun həyata keçirilməsi üçün BMT-nin özəl sektor, Rusiya, Avropa İttifaqı, Böyük Britaniya və ABŞ ilə işlədiyini vurğulayan Stefan Dujarrik deyib: "Rusiyanın ərzaq və gübrə məhsullarına qarşı heç bir sanksiya yoxdur, ancaq müharibə davam edir. Ona görə də sanksiyalar olmasa da, özəl sektor münaqişə şəraitində fəaliyyət göstərərkən bəzi maneələrlə üzləşir''.
Stefan Düjarrik bu çərçivədə BMT-nin bəzi ölkələrə dəstək məktubları göndərdiyini, bank və şirkətlərin fəaliyyətini asanlaşdırmağa çalışdığını bildirib.
Әlaqәli Xәbәrlәr

BMT-nin İraqdakı missiyasının mandatı uzadılıb
Birləşmiş Millətlər Təşkilatının İraqadakı missiyasının (UNAMİ) mandatı bir il uzadılıb.