Kişinyovda minlərlə insan hökumətə etiraz edib

Kişinyovda minlərlə insan hökumətə etiraz edib.

1958649
Kişinyovda minlərlə insan hökumətə etiraz edib

Moldovanın paytaxtı Kişinyovda minlərlə insan hökumətə etiraz edib.

Moldova parlamentində Şor partiyasının təşkil etdiyi etirazlara qatılan minlərlə insan Kişinyovda Böyük Millət Məclisi meydanına və hökumət binasına yürüş keçirmək istəyib.

Zaman-zaman yürüşün qarşısını almağa çalışan polislə nümayişçilər arasında qarşıdurma yaranıb.

Bildirilib ki, Kişinyovdakı nümayişlərdə iştirak etmək üçün ölkənin digər şəhərlərindən avtobuslarla gətirilən vətəndaşların şəhərə girişinin qarşısı alınıb.

Hökumət əleyhinə şüarların səsləndirildiyi etirazlar, təbii qaz, elektrik enerjisi və digər məhsulların bahalaşması ilə bağlı aksiyalar keçirilib.

Nümayişçilər hökumətdən dekabr-fevral aylarında elektrik enerjisi və təbii qaz haqlarının ödənilməsini tələb ediblər.

Moldova Respublikasının Qaqauz Muxtar Vilayətinin paytaxtı Komratda da etiraz nümayişləri keçirilib.

Moldova Daxili İşlər Nazirliyindən verilən açıqlamada nümayişlər zamanı 54 nəfərin qadağan edilən məhsullar daşıdıqları səbəbilə saxlanıldığı bildirilib.



Әlaqәli Xәbәrlәr