ABŞ: “İran yalan danışır”

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın iki ölkənin məhbus mübadiləsi ilə bağlı ilkin razılıq əldə etdiyi barədə açıqlamasını təkzib edib.

1958750
ABŞ: “İran yalan danışır”

ABŞ rəsmisi bu barədə “Associated Press”ə danışıb.

Prays xəbəri İranda həbsdə olan ABŞ vətəndaşlarının “ailələrinin əzabını bir qədər də artıran daha bir xüsusi qəddar yalan” adlandırıb O: “Biz İranda qeyri-qanuni saxlanılan üç amerikalının azad edilməsi üçün dayanmadan çalışırıq. Onlar öz yaxınlarına qovuşana qədər dayanmayacağıq”.

Ağ Evin Milli Təhlükəsizlik Şurası da ayrı bəyanatda mübadilə xəbərini təkzib edib.

Hazırda İranda ABŞ-ın 3 vətəndaşı – Emad Şarqi, Morad Tahbaz və Siamak Namazi həbsdədir.

Bundan əvvəl İranın xarici işlər naziri Abdullahian hər iki ölkənin hakimiyyət orqanlarının “əsirlərin mübadiləsi ilə bağlı ilkin razılığa gəldiyini” bildirib.

 



Әlaqәli Xәbәrlәr