Ylva Yohanson: ‘‘Avropaya köç edən 16 milyon ukraynalıdan 11 milyonu Ukraynaya geri qayıdıb''

Rusiya ilə Ukrayna arasındakı müharibədən qaçaraq Avropa İttifaqına sığınan 16 milyon ukraynalıdan 11 milyonu ölkəsinə geri qayıdıb.

1957244
Ylva Yohanson: ‘‘Avropaya köç edən 16 milyon ukraynalıdan 11 milyonu Ukraynaya geri qayıdıb''

Rusiya ilə Ukrayna arasındakı müharibədən qaçaraq Avropa İttifaqına sığınan 16 milyon ukraynalıdan 11 milyonu ölkəsinə geri qayıdıb.
Avropa İttifaqı Komissiyasının daxili məsələlər üzrə üzvü Ylva Yohanson məsələ ilə bağlı mətbuat konfransı təşkil edib.
Ylva Yohanson müharibə səbəbindən 16 milyon ukraynalının Avropaya köç etdiyini bildirib.
"Avropaya gələn ukraynalılardan 11 milyonu ölkələrinə geri qayıtdı.
Avropa İttifaqından 1 milyonu başda ABŞ, Kanada və İngiltərə olmaqla başqa ölkələrə gedib. 4 milyona yaxın ukraynalı da Avropa İttifaqı ərazisində qaldı'',-deyə Ylva Yohanson bildirib.
Bir jurnalistin 11 milyon ukraynalının müharibənin davam etdiyi Ukraynaya geri qayıtmasının səbəbi ilə bağlı sualını cavablandıran Ylva Yohanson deyib:
"Qayıdanlar ilə danışdım. Burada xoşbəxt olmadıqlarını söyləmək üçün heç bir səbəb yoxdur. Burada xoş qarşılandırlarını söyləyirlər, amma bir çoxu bəlkə uşaqlarını buradakı qohumlarına buraxaraq döyüşmək, işləmək və ya Rusiya təcavüzünə qarşı müqavimət göstərmək üçün ölkələrinə geri qayıtdı''.
Yohanson  200 000 minədək  ukraynalının  bir həftədə Aİ-dən getməyə davam etdiyini söylədi.
Aİ Komissiyasının verdiyi yazılı bəyanatda müvəqqəti müdafiə çərçivəsində  4 milyon ukraynalının iş, təhsil və mənzil ilə təmin edildiyi bildirilib.
Bəyanatda qeyd olunub ki, Ukraynadakı uşaqların təxminən beşdə bir hüssəsi Avropa İttifaqındadır.
Məlumatda həmçinin təxminən 2 min ukraynalı xəstənin Avropa İttifaqına üzv 20 ölkəyə təxliyə olunduğu, evlərini tərk etmək məcburiyyətində qalan təxminən bir milyon insanın işlə təmin olunduğu qeyd olunub.



Әlaqәli Xәbәrlәr