İstanbul Hava Limanı dünyanın ən yaxşı hava limanları arasında

Türkiyedən İstanbul Hava Limanı ildə 40 milyondan çox sərnişini qəbul edən 10 hava limanı arasına daxil olub.

1956667
İstanbul Hava Limanı dünyanın ən yaxşı hava limanları arasında

Beynəlxalq Hava Limanları Şurası (ACI World) və səyahət texnologiyası şirkəti Amadeus tərəfindən sərnişin təcrübəsinə əsaslanaraq keçirilən sorğuda İstanbul Hava Limanı dünyanın ən yaxşı hava limanları arasında yer alıb.

"ACI World" tərəfindən təşkil edilən ASQ proqramı çərçivəsində 2022-ci ildə dünya üzrə 465 min insanla aparılan sorğuda hava limanlarından istifadə edən sərnişinlərə qeydiyyat, naviqasiya asanlığı, təmizlik, alış-veriş və yemək kimi faktorlar soruşulub.

Türkiyedən İstanbul Hava Limanı ildə 40 milyondan çox sərnişini qəbul edən 10 hava limanı arasına daxil olub. 

İstanbul Hava Limanı həm də dünyanın ən xoş və təmiz hava limanlarından biri seçilib.

"ACI World" tərəfindən sərnişinlərin qiymətləndirilməsi ilə müəyyən edilən mükafatlar 4-7 sentyabr tarixlərində Cənubi Koreyanın İncheon şəhərində keçiriləcək ACI Müştəri Təcrübəsi Qlobal Sammiti çərçivəsində keçiriləcək mərasimdə sahiblərinə təqdim ediləcək.



Әlaqәli Xәbәrlәr