Yaşları 12-18 arası onlarla uşaq silahlı şəxslər tərəfindən qaçırıldı

Konqo Demokratik Respublikasının (KDC) şimalında yerləşən Bas-Uele əyalətində 7-si qız olmaqla 25 uşaq silahlı şəxslər tərəfindən qaçırılıb.

1953201
Yaşları 12-18 arası onlarla uşaq silahlı şəxslər tərəfindən qaçırıldı

TRT-nin yerli  mediaya istinad etdiyi  xəbərə  görə Bas-Uele əyalətinin Namanqu, Zamoi və Banda kəndlərinə şəxsiyyəti hələlik müəyyən edilməyən silahlı şəxslər tərəfindən hücum edilib.

Bölgədə ev və iş yerlərini qarət edən silahlılar 7-si qız olmaqla 12-18 yaş arası 25 uşağı qaçırıblar.

Qeyd edək ki, vətəndaş müharibəsinin yaşandığı Mərkəzi Afrika Respublikasının sərhədində yerləşən KDC kəndləri uzun müddətdir silahlı qrupların hədəfinə çevrilib.



Әlaqәli Xәbәrlәr