ABŞ Nümayəndələr Palatasında Kahramanmaraş mərkəzli zəlzələlərlə bağlı qanun lahiyəsi qəbul edilib

ABŞ Nümayəndələr Palatasında Türkiye və Suriyada baş verən zəlzələlərdən zərər çəkənlərə dəstək verən və Suriyadakı Əsəd rejiminin BMT-nin zəlzələ yardımının çatmaması üçün göstərdiyi cəhdləri pisləyən qətnamə layihəsi hazırlanıb.

1952468
ABŞ Nümayəndələr Palatasında Kahramanmaraş mərkəzli zəlzələlərlə bağlı qanun lahiyəsi qəbul edilib

ABŞ Nümayəndələr Palatasında Türkiye və Suriyada baş verən zəlzələlərdən zərər çəkənlərə dəstək verən və Suriyadakı Əsəd rejiminin Birləşmiş Millətlər Təşkilatının (BMT) zəlzələ yardımının çatmaması üçün göstərdiyi cəhdləri pisləyən qətnamə layihəsi hazırlanıb. 

ABŞ Konqresinin aşağı palatası olan Nümayəndələr Palatasında fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələdən zərər çəkmiş Türkiye və suriyalılara başsağlığı verilən, ABŞ-ın Türkiye və Suriya xalqına verdiyi dəstəyi yüksək qiymətləndirilən və Əsəd rejiminin BMT yardımlarının ölkənin şimalındakılara çatmasına mane olan hərəkətlərinin pisləndiyi qərar lahiyəsi səsverməyə çıxarılıb.

Qanun layihəsi 414 “bəli” səsi, 2 “xeyr” səsi ilə qəbul edilib.

Qanun layihəsində Nümayəndələr Palatısının "Zəlzələlərin Türkiye və Suriyada səbəb olduğu dəhşətli can itkilərinin yasını saxladığı" bildirilərək, həyatını itirənlərin ailələrinə başsağlığı verilib. Ayrıca zəlzələlərdən sonra sahədə humanitar yardım və axtarış-xilasetmə işlərində iştirak edən ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Suriyadakı Ağ Dəbilqəlilər (White Helmets) və İncirlik Hava Bazasının şəxsi heyətinin dəstəyi ilə yanaşı ABŞ höküməti, digər ölkələr və qeyri-hökumət təşkilatlarının 
 dəstəkləri də alqışlanıb.

Türkiye və Suriyada zəlzələdən sonra aparılan işlərə fədakar və könüllü töhfə verənlərin də alqışlandığı qanun layihəsində beynəlxalq ictimaiyyətə zəlzələdən zərər çəkənlərə yardım çağırışı edilib. Qanun layihəsində Türkiyenin həm ölkə daxilində, həm də Suriyanın şimal-qərbindəki suriyalılara davamlı dəstəyindən məmnunluq ifadə olunub.

Qanun layihəsində deyilib: “(Nümayəndələr Palatası) Əsəd rejiminin BMT-nin Türkiye ilə Suriya arasındakı çoxsaylı sərhəd keçidlərində yardım göstərməsinə mane olmaq da daxil olmaqla, beynəlxalq təzyiq və məsuliyyətdən yayınmaq üçün fəlakətdən həyasızcasına istifadə etmək səylərini pisləyidiyi" ifadəsi yer alıb.



Әlaqәli Xәbәrlәr