İtaliya sahillərində miqrantları daşıyan qayıq batıb, 59 nəfər ölüb

İtaliya sahillərində miqrantların olduğu qayığın batması nəticəsində həyatını itirənlərin sayı 59 nəfərə çatıb.

1952073
İtaliya sahillərində miqrantları daşıyan qayıq batıb, 59 nəfər ölüb

Batan qayıqdan xilas olanlar balıqçı gəmiləri ilə Krotone bölgəsində sahilə gətiriliblər. Ümumilikdə 80 miqrant xilas edilib. Patrul gəmilərinin dənizdə axtarma-xilasetmə fəaliyyəti davam edir.

İtaliyanın sahil mühafizəsi xidmətinin əməkdaşları indiyədək 59 nəfərin cəsədini sudan çıxarıblar. Qurbanların çoxu uşaq və qadınlardır.

Yüzdən çox insanı daşıyan qayıq sərt dalğalara dözə bilməyib və qayalara çırpılaraq batıb.

BMT-nin Baş katibi Antonio Quterreş sosial media hesabında qəza ilə bağlı paylaşdığı açıqlamasında: “Yenə İtaliya sahillərində daha bir dəhşətli gəmi qəzası şahid olduq. Qəzada uşaqlar da daxil olmaqla onlarla insan həyatını itirdi. Bu qəzalar, miqrantlar və qaçqınların təhlükəsizliyi ilə əlaqəli lazımlı tədbirlərin həyata keçirilməli olduğunu daha bir dəfə göz önünə sərir”.



Әlaqәli Xәbәrlәr