Şimali Koreyanı aclıq təhlükəsi gözləyir

Cənubi Koreyadakı özəl GS&J İnstitutunun baş iqtisadçısı Kvon Te Cin (Kwon Tae Jin) sözügedən mövzu ilə bağlı bildirib...

1951617
Şimali Koreyanı aclıq təhlükəsi gözləyir

 

  Yeni növ koronavirus (Covid-19) epidemiyasının başlamasından sonra sərhədlərini tamamilə bağlayan Şimali Koreyada ərzaq qıtlığının artdığı ehtimal edilir və ölkədə adamların aclıqdan ölə biləcəyi söylənilir.

  Ekspertlər bildiriblər ki, şimal sərhədlərini bağladığından vəziyyəti proqnozlaşdırmaq çətindir və hələ ki, Şimali Koreyada aclıqdan kütləvi ölümlər barədə məlumat yoxdur.

  Cənubi Koreyadakı özəl GS&J İnstitutunun baş iqtisadçısı Kvon Te Cin (Kwon Tae Jin) sözügedən mövzu ilə bağlı bildirib: “25 milyon əhalisi olan Şimali Koreyanın xalqını doyurmaq üçün təxminən 5,5 milyon ton taxıla ehtiyacı var. Ölkənin hər il 1 milyon ton buğda kəsiri olur. Bu kəsiri bağlamaq üçün Çindən qeyri-rəsmi taxıl idxal edərək 1 milyon tonun yarısını düzəldib. “Covid-19” epidemiyası ilə bağlı sərhədyanı ticarətə qoyulan məhdudiyyətlərlə əlaqədar Çindən idxal da mümkün olmaya bilər. Düşünürəm ki, Şimali Koreya Kim Çen İnın (Kim Jong Un) hakimiyyətə gəlişindən bəri ən pis ərzaq problemi ilə üz-üzədir.

  Hazırkı ərzaq qıtlığı ilə kütləvi ölümlərə səbəb olma ehtimalı azdır. Qiymətlərin yüksək olmasına baxmayaraq, bazarda hələ ərzaq var”.

  Qeyd edək ki, Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsü Ku Byonsam (Koo Byoungsam) naməlum sayda Şimali koreyalının aclıqdan öldüyünü, lakin 1990-cı illərdəki aclıq qədər çox olmadığını bildirib: “2022-ci ildə biçilmiş taxılın böyük hissəsi hələ də istehlak edilmədiyi üçün hazırkı ərzaq problemi aclıqdan yox, paylama problemindən qaynaqlanır”.



Әlaqәli Xәbәrlәr