Aİ-nin Rusiyaya qarşı 10-cu sanksiya paketi nələri əhatə edir?

Bu barədə Avropa İttifaqı Xarici Siyasət İdarəsinin rəhbəri Cozep Borrel özünün tviter hesabında bildirib...

1951611
Aİ-nin Rusiyaya qarşı 10-cu sanksiya paketi nələri əhatə edir?

 

  Avropa İttifaqı Rusiyaya qarşı 10-cu sanksiya paketini, o cümlədən 121 fiziki və hüquqi şəxsə dair məhdudiyyət tədbirlərini qəbul edib.

  Bu barədə Avropa İttifaqı Xarici Siyasət İdarəsinin rəhbəri Cozep Borrel özünün tviter hesabında bildirib: “Onuncu sanksiya paketi qəbul olundu: 121 fiziki və hüquqi şəxs qara siyahıya salındı, idxal və ixraca xeyli yeni məhdudiyyətlər qoyuldu, Rusiyanın təbliğat mediası qadağan edildi. Bu siyahıda 6 mindən çox ukraynalı uşağın deportasiyasında və zorakı yolla övladlığa verilməsində məsuliyyət daşıyanlar da yer alır”.

  Qeyd edək ki, Avropa İttifaqı fevralın 24-də Rusiyaya qarşı yeni sanksiyalar paketinin qəbul olunacağını vəd etmişdi. Lakin Aİ ölkələrinin səfirləri yalnız fevralın 24-də axşam saatlarında məhdudiyyət tədbirləri barədə razılığa gələ bilib.

  Avropa İttifaqı (Aİ) tərəfindən bir sıra malların Rusiya ərazisindən tranzitinə qoyulan qadağa beynəlxalq ticarətə ziyan vurur. Bu barədə Rusiyanın Aİ yanında daimi nümayəndəliyi cavab məlumatı yayaraq bildirib: “Avropa İttifaqı ilk dəfə olaraq sanksiyalar paketinə bir sıra malların Rusiya ərazisindən tranzitinə qadağa qoyub. Bu, üçüncü ölkələrin ticarət əlaqələrinə təzyiq cəhdindən başqa bir şey deyil. Belə hərəkətlər beynəlxalq ticarətdən daha çox Rusiyaya zərər vurur. Çünki malların çatdırılması üçün optimal marşrutlara süni maneələr yaradır”.



Әlaqәli Xәbәrlәr