Lloyd Ostin: ''ABŞ Ukraynaya dəstək verməyə davam edəcək''

Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Lloyd Ostin ölkəsinin Ukraynaya dəstək verməyə davam edəcəyini bildirib.

1951132
Lloyd Ostin: ''ABŞ Ukraynaya dəstək verməyə davam edəcək''

Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Lloyd Ostin ölkəsinin Ukraynaya dəstək verməyə davam edəcəyini bildirib.
Lloyd Ostin Rusiya-Ukrayna müharibəsinin birinci ilinin tamam olması münasibəti ilə yazılı açıqlama verib.
“Bir il əvvəl bu gün Rusiya demokratik qonşusu olan Ukraynaya səbəbsiz bir şəkildə hücum etdi'', - deyə Ostin bildirib.
ABŞ rəhbərliyinin son bir ildə Ukraynaya verdiyi yardımın 32 milyard dollara çatdığını qeyd edən Ostin  Ukrayna Müdafiə Təmas Qrupuna daxil olan ölkələrin Ukraynaya 20 milyard dollardan çox yardım etdiyinə diqqət çəkib.



Әlaqәli Xәbәrlәr