ABŞ-da universitetə silahlı hücum təşkil edilib

ABŞ-da Miçiqan Dövlət Universitetinə silahlı hücum nəticəsində 3 nəfər həyatını itirib.

1946081
ABŞ-da universitetə silahlı hücum təşkil edilib

TRT-nin Universitet polisinin məlumatına istinad etdiyi xəbərə görə hadisə dünən gecə törədilib.

 İnsidentdən sonra polis Şərqi Lansinq şəhərciyində Afrika əsilli olduğu güman edilən şübhəlini axtarıb. Ancaq onun hadisədən sonra özünə qəsd etdiyi öyrənilib. 5 nəfərin də yaralandığı hücumdan sonra təxminən 50,000 tələbənin təhsil aldığı Miçiqan Dövlət Universitetində bütün fəaliyyətlər 48 saat dayandırılıb.



Әlaqәli Xәbәrlәr