Niderlandda Qurani-Kərimə qarşı növbəti hörmətsizlik

Niderlandda Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar (PEGIDA) hərəkatının lideri Edvin Vaqensveld Utrext şəhərində təkbaşına keçirdiyi aksiya zamanı Quranı növbəti dəfə cırıb.

1945673
Niderlandda Qurani-Kərimə qarşı növbəti hörmətsizlik

TRT-nin  xarici mətbuata istinad  etdiyi xəbərə görə, Vaqensveld Utrext şəhərində Quranın üstünə çıxaraq başqa bir Quranı cırdığı şəkli sosial media hesabında paylaşıb. Paylaşımında cırılmış Quranı evinə aparıb yandıracağını bildirən Vaqensveld, tək başına keçirdiyi nümayişə icazə və yardım etdikləri üçün Utrext merinə və polisə təşəkkür edib.

O, daha əvvəl də, yanvarın 22-də Haaqadakı müvəqqəti Hollandiya parlamenti binası qarşısında tək başına keçirdiyi nümayişdə polisin himayəsi altında Quranı cırmışdı.

 



Әlaqәli Xәbәrlәr