Cozep Borrell: "Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün əlimizdən gələni etməyə hazırıq"
C.Borrell Belçikanın paytaxtı Brüsseldə Türkiyedən jurnalistlərə açıqlamalar verib.

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Türkiyedə baş verən zəlzələlərdən kədərləndiyini ifadə edərək, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə təmasda olduqlarını və Aİ ölkələri olaraq əllərindən gələni etdiklərini söyləyib.
C.Borrell Belçikanın paytaxtı Brüsseldə Türkiyedən jurnalistlərə açıqlamalar verib.
Borrell fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə həyatını itirənlərə başsağlığı verərək deyib:
"Zəlzələ ilə bağlı çox təəssüflənirəm. Bu, böyük faciədir. Dostum (xarici işlər naziri) Mövlud Çavuşoğlu ilə əlaqə saxlayıram. Bacardığımız qədər xilasetmə qrupları, tibbi ləvazimatlar göndəririk. Bütün Avropa İttifaqına üzv dövlətlər hərəkətə keçilər”.
Borrell ikitərəfli əlaqələri qiymətləndirərkən Türkiyeni "Aİ üçün əsas tərəfdaş" olaraq təsvir edib:
“Türkiye ilə münasibətlərimiz əvvəlkindən daha vacib və daha həssas hala gəlir”.
Türkiyenin Şərqi Aralıq dənizi, Liviya, Qafqaz və Ukrayna kimi mürəkkəb bir bölgənin mərkəzində olduğunu xatırladan Borrell Türkiyenin mühüm bir güc olduğunu və nəhayət, Qara dəniz taxıl müqaviləsində mühüm rol oynadığını bildirib.