Səudiyyə Ərəbistanı: “Enerji təchizatı çatışmazlığı ilə üz-üzə gələ bilərik”

Beynəlxalq Enerji İqtisadiyyatı Dərnəyi paytaxt Ər-Riyadda konfrans təşkil edib.

1942238
Səudiyyə Ərəbistanı: “Enerji təchizatı çatışmazlığı ilə üz-üzə gələ bilərik”

Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman konfransda “Enerji axınının qarşısını alan sanksiyaların” enerji bazarına təsirləri ilə bağlı özünə ünvanlanan suala cavabən: “Sanksiyalar başda olmaqla investisiyaların azalması, qlobal enerji təchizatında qıtlığa səbəb ola bilər”.

Nazir Bin Salman bəyan edib ki, qlobal enerji bazarları OPEC üzvü olmayan bəzi istehsalçı ölkələrdən ibarət OPEC+ qrupuna arxalanmalıdır. Çünki biz siyasi məsələlərə müdaxilə etmirik, qərarlarımız texniki xarakter daşıyır. Lakin hazırda atılan addımların enerji təchizatı çatışmazlığına səbəb ola biləcəyi ehtimalını gücləndirir.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) ölkələrinin iyun ayında Rusiyadan dəniz yolu ilə daşınan dizel və maye yanacaq kimi müxtəlif neft məhsullarının idxalına dair qadağa qərarı dünən qüvvəyə minib. Həmun qərara görə Aİ ölkələri bundan sonra Rusiyadan dizel və maye yanacaq kimi neft məhsulları almayacaq.



Әlaqәli Xәbәrlәr