Müxtəlif ölkələrin Türkiyeyə yardım təklifləri

Bir çox ölkə Türkiyeyə yardım təkliflərini davam etdirir.

1942349
Müxtəlif ölkələrin Türkiyeyə yardım təklifləri

Şimali Kıbrıs (Kipr) Türk Respublikasının Baş naziri Ünal Üstel 30 nəfərlik axtarış-xilasetmə qrupunun 8 maşınla birlikdə Türkiyeyə dəstək üçün göndəriləcəyini açıqlayıb.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan ölkəsinin Türkiyedə baş verən zəlzələ ilə bağlı bütün lazımi yardımı göstərməyə hazır olduğunu bildirib.

C.Sullivan Kahramanmaraşın Pazarcık rayonunda baş verən və ətraf şəhərlərdə hiss edilən 7,4 bal gücündə zəlzələ ilə bağlı yazılı açıqlama yayıb.

ABŞ-ın Türkiye və Suriyada baş verən dağıdıcı zəlzələdən ciddi narahat olduğunu bildirən Sullivan deyib:

"Biz lazım olan hər cür yardımı göstərməyə hazırıq. Prezident (Co) Bayden ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID) və digər federal hökumət tərəfdaşlarına zəlzələdən ən çox zərər çəkənlərə kömək etmək üçün ABŞ-ın cavab variantlarını nəzərdən keçirməyi tapşırıb. Türkiye hökuməti ilə koordinasiyalı olaraq vəziyyəti yaxından izləməyə davam edəcəyik".

Avropa İttifaqı (Aİ) Komissiyasının böhranların idarə edilməsi və humanitar yardımdan məsul üzvü Janez Lenarçiç sosial mediada mövzu ilə bağlı açıqlama verib.

Lenarçiç zəlzələdən sonra Türkiyenin də iştirakçılarından biri olduğu Aİ Mülki Müdafiə Mexanizminin hərəkətə keçdiyini açıqlayıb.

Aİ Fövqəladə Hallara Müdaxilə Koordinasiya Mərkəzinin Avropanın hər yerindən xilasetmə qruplarının göndərilməsini koordinasiya etdiyini bildirən Lenarçiç "Hollandiya və Rumıniyadan olan axtarış və xilasetmə qrupları hazırda yoldadır" deyib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov zəlzələ ilə əlaqədar Türkiyeyə kömək etməyə hazır olduqlarını bildirib.

Peskov “Türkiyenin xilasetmə əməliyyatlarını tənzimləmə mövzusunda ciddi gücü var” deyib. 

Peskov paytaxt Moskvada verdiyi açıqlamada deyib:

"Rusiya xilasetmə qruplarının xüsusilə zəlzələdən sonra binaların dayanıqlığını müəyyən edən sistemləri var.  Təsirli olduğunu sübut edən "Struna" adlı sistem və digər sistemlər var. Burada Türkiye tərəfinin ehtiyacları önəmlidir. Ən yüksək səviyyədə kömək etməyə hazır olduğumuzu bildirdik. Türk dostlarımızdan xəbər gözləyirik. Bu dəstək "Türkiye Cümhuriyyətinin ehtiyaclarından asılı olacaq".

Rusiya Fövqəladə Hallar Nazirliyi zəlzələ ilə əlaqədar iki ədəd "İl-76" təyyarəsinin və 100 nəfərlik axtarış-xilasetmə qrupunun Türkiyeyə göndərilməyə hazır olduğunu bildirib.

Nazirlikdən verilən yazılı açıqlamada Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkovun göstərişi ilə 100 nəfərlik axtarış-xilasetmə qrupunun Türkiyəyə göndərilməyə hazır olduğu bildirilib.

Bunun üçün 2 ədəd "İl-76" təyyarəsinin hazırlandığı qeyd edilən açıqlamada Kurenkovun qiymətləndirmələrinə də yer verilib.

Kurenkov deyib ki, Rusiya Fövqəladə Hallar Nazirliyi hər zaman vətəndaşları çətin vəziyyətdə olan dost dövlətə kömək etməyə hazırdır.

Yunanıstan da zəlzələ ilə əlaqədar Türkiyeyə yardım göndərəcək.

Bu barədə Yunanıstanın baş naziri Kiryakos Miçotakis özünün “Twitter” səhifəsində paylaşım edərək, "Yunanıstan öz resurslarını səfərbər edir və dərhal kömək edəcək” deyib.

İsrailin xarici işlər naziri Eli Koen Kahramanmaraşda baş verən zəlzələdən "dərin təəssüfləndiyini" ifadə edərək, nazirliyinə təcili yardım proqramı hazırlamaq üçün göstəriş verdiyini açıqlayıb.

İsrailin müdafiə naziri Yoaz Gallantın da İsrail ordusu və nazirlik qurumlarına humanitar yardım göstərilməsi ilə bağlı göstəriş verdiyi qeyd olunub.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, zəlzələdən sonra Ukrayna dost türk xalqına lazımi yardımı göstərməyə hazırdır.



Әlaqәli Xәbәrlәr