Şərqi Qüdsdəki kilsəyə hücum edilib

İşğal altındakı Şərqi Qüdsün Köhnə şəhər bölgəsindəki  tarixi kilsəyə daxil olan fanatik yəhudi çəkiclə Həzrəti İsanın heykəlinə hücum edib.

1941424
Şərqi Qüdsdəki kilsəyə hücum edilib

İşğal altındakı Şərqi Qüdsün Köhnə şəhər bölgəsindəki  tarixi kilsəyə daxil olan fanatik yəhudi çəkiclə Həzrəti İsanın heykəlinə hücum edib.

İsrail polisi verdiyi yazılı açıqlamada Köhnə şəhərdəki kilsədəki heykələ zərər verən Amerika Birləşmiş Ştatları vətəndaşı turistin saxlanıldığı bildirilib.

Hücumçunu dayandıran kilsənin təhlükəsizlik məmuru Macid Rişık təcavüzkarın fanatik yəhudi olduğunu bildirib.

Polisin verdiyi məlumatda təcavüzkarı “Amerikalı turist” adlandırdığı ilə bağlı sualı cavablandıran Rişık təcavüzkarı kilsənin yerləşdiyi ərazidə bir neçə dəfə  gördüyünü və onun fanatik yəhudi olduğunu qeyd edib.

Keçmişdə də fanatik yəhudilərin kilsəyə hücum etdiyini, söyüş söyüb dava saldığını qeyd edən Rişık dəfələrlə polisə şikayət etdiyini, saxlanılanların azad edildiyini bildirib.

Qüdsdəki Latın Katolik Kilsəsinin keşişi Nikodemus Şnabel sosial media hesabında etdiyi paylaşımda bu ifadələrə yer verib:
“Xristianlara nifrət edən və hökumət tərəfindən dəstəklənən yeni İsrailə xoş gəlmisiniz”.

İsraildəki xristian icmasını təmsil edən Qüds Müqəddəs Şəhər İdarəsindən verilən yazılı açıqlamada son dövrlər xristian icmasına qarşı cinayətlərin artmasının narahatlıqla izləndiyi bildirilib və İsrail səlahiyyətlilərinə  dini azlıqları qorumaları ilə əlaqədar çağırış edilib.



Әlaqәli Xәbәrlәr