Pakistanda məsciddə törədilən hücum nəticəsində ölənlərin sayı 102 nəfərə çatıb

Yanvarın 30-da Pakistanın Peşəvər şəhərində məsciddə törədilən  hücum nəticəsində ölənlərin sayı 102 nəfərə çatıb.

1941553
Pakistanda məsciddə törədilən hücum nəticəsində ölənlərin sayı 102 nəfərə çatıb

Yanvarın 30-da Pakistanın Peşəvər şəhərində məsciddə törədilən  hücum nəticəsində ölənlərin sayı 102 nəfərə çatıb.

Yerli mətbuat orqanlarının yaydığı məlumata görə, yaralı olaraq xəstəxanaya çatdırılan daha 2 nəfərin ölməsi  ilə ölənlərin sayı 102 nəfərə  yüksəlib.

Hayber Paxtunxva Polis İdarəsinin rəisi Müəzzəm Cah Ansari hücumdan sonra başladılan istintaq çərçivəsində verdiyi açıqlamada təcavüzkarın məscidə polis geyimi ilə daxil olduğunu bildirib.

Ansari təcavüzkarın  əraziyə motosikletlə gəldiyini və maska taxdığını  ifadə edib.

Hayber Paxtunxva Polis İdarəsinin rəisi Müəzzəm Cah Ansari hücumun ilkin araşdırma görə, Camaat-ül Ahrar tərəfindən həyata keçirilə biləcəyini ifadə edib.



Әlaqәli Xәbәrlәr