NATO Rusiyaya çağırış edib

NATO-dan verilən açıqlamada ABŞ və Rusiya arasında qitələrarası nüvə ballistik raket imkanlarını məhdudlaşdırmağı hədəfləyən START-ın beynəlxalq sabitliyə töhfə verdiyi bildirilib.

1941757
NATO Rusiyaya çağırış edib

NATO Rusiyanı ABŞ ilə imzaladığı qitələrarası nüvə ballistik raket imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyan Yeni Strateji Silahların Azaldılması üzrə Yeni Müqaviləyə (START) əməl etməyə və öz ərazisində yoxlamalara icazə verməyə çağırıb.

NATO-dan verilən açıqlamada ABŞ və Rusiya arasında qitələrarası nüvə ballistik raket imkanlarını məhdudlaşdırmağı hədəfləyən START-ın beynəlxalq sabitliyə töhfə verdiyi bildirilib.

Açıqlamada Rusiyanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi qeyd edilərək “Biz Rusiyanı öz ərazisində yoxlamaları asanlaşdırmaqla və sazişin icraçısı olan İkitərəfli Məşvərət Komissiyasına müraciət etməklə saziş üzrə öhdəliklərini yerinə yetirməyə çağırırıq” deyilib.

Açıqlamada ABŞ-ın razılaşmaya əməl etdiyi, Yeni START sazişinin bütün dövlətlərin milli təhlükəsizlik maraqlarına uyğun olduğu bildirilib.

Qeyd edək ki, ABŞ-ın Sovet İttifaqı ilə 1991-ci ildə və Rusiya Federasiyası ilə 1993-cü ildə imzaladığı Strateji Silahların Azaldılması Müqavilələrinin (START 1 və START 2) davamı olan Yeni START Müqaviləsi Vaşinqton və ABŞ arasında qüvvədə olan son nüvə sazişidir. 

2010-cu ildə imzalanmış Yeni START Müqaviləsi Rusiya və ABŞ-ın yerləşdirdiyi strateji nüvə başlıqlarının sayını maksimum 1550-yə qədər məhdudlaşdırır.

Müqavilə həmçinin buraxılış və nüvə silahı daşıya bilən ağır bombardmançıların sayını 800-ə qədər məhdudlaşdırır.

2011-ci il fevralın 5-də qüvvəyə minən 10 illik müqavilənin müddəti 2021-ci il fevralın 5-də başa çatıb.

Rusiya prezidenti Vladimir Putin 2021-ci il yanvarın 29-da müqavilənin 5 il müddətinə uzadılması barədə qərarı imzalayıb.

ABŞ prezidenti Co Bayden də 2021-ci il fevralın 5-də sazişin müddətini uzatmaq qərarını açıqlayıb.

ABŞ Dövlət Departamenti bu həftə Rusiyanın iki ölkə arasındakı razılaşmaya əsasən öz ərazisində yoxlama fəaliyyətinə icazə vermədiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr