Çilidə meşə yanğınları tüğyan edir
Çilinin bir çox bölgəsində baş verən meşə yanğını nəticəsində 750 hektardan çox ərazi külə dönüb.

Paytaxt Santiaqo, Nunoa, MetroSur, La Granja, TilTil, Melipilla, El Monte, Talagante, Colina, Buin, Quilicura və El Quisco, Nuble və Biobio bölgələrində meşə yanğınları sürətlə yayılır.
TRT-nin Milli Meşə Təsərrüfatı Agentliyinə istinad etdiyi xəbərə görə Çillan şəhəri yaxınlığında baş verən yanğında 550 hektar, Nubledə isə 200 hektar meşəlik sahə yanıb.
Daxili işlər naziri Karolina Toha Nuble və Biobio bölgələrində qırmızı həyəcan elan edib. Paytaxt Santyaqo və ölkənin bəzi bölgələrində 7 təbiət parkını yanğın təhlükəsinə qarşı müvəqqəti olaraq bağlayıb. Nublda isə bəzi kəndlərin təxliyəsinə başlanıb.
Әlaqәli Xәbәrlәr

Ben-Qurion beynəlxalq hava limanından uçuşlar dayandırılıb
İsrailin Təl-Əviv şəhərində yerləşən Ben-Qurion beynəlxalq hava limanından uçuşlar dayandırılıb.

Burkina Faso “France 24” telekanalının yayımını dayandırıb
Qərbi Afrika ölkəsi Burkina Faso ilə Fransa arasında gərginlik artaraq davam edir.