Beynəlxalq Əfv Təşkilatı İsrail hakimiyyətinə çağırış edib

İsrail səlahiyyətlilərinin Fələstin torpaqlarında qan və iztirablara səbəb olan aparteid rejiminə son qoymasının vacibliyinə diqqət çəkilib.

1941527
Beynəlxalq Əfv Təşkilatı İsrail hakimiyyətinə çağırış edib

Beynəlxalq Əfv Təşkilatı İsrail hakimiyyətini Fələstin ərazilərində qan tökülməsinə və iztirablara səbəb olan aparteid rejiminə (sistemli ayrı-seçkilik) son qoymağa çağırıb.

Mövzu ilə bağlı verilən yazılı açıqlamada təşkilatın aparteid rejiminə qarşı kampaniya başlatdığı bir ildən beridir 35-i 2023-cü ilin yanvar ayında  olmaqla 220 fələstinlinin öldürüldüyü bildirilib.

Açıqlamada İsrail səlahiyyətlilərinin Fələstin torpaqlarında qan və iztirablara səbəb olan aparteid rejiminə son qoymasının vacibliyinə diqqət çəkilərək, insanlığa qarşı cinayət sayıla biləcək qətllərin də bu rejimin qalıcı olmasına kömək etdiyi diqqətə çatdırılıb.

İsrail qüvvələrinin ötən həftə işğal altındakı İordan çayının qərb sahilinin Cenin şəhərində 9 nəfəri öldürdüyü hücum ilə daha sonra Qüdsdə 7 israillinin həyatını itirdiyi hücum təşkil etdiyinin xatırladıldığı açıqlamada bunun qarşısında isə kütləvi cəzlandırma vasitəsi kimi fələstinlilərə istiqamətli həbs əməliyyatları və evlərin sökülməsinə əl atıldığı vurğulanıb. 

Açıqlamada Beynəlxalq Əfv Təşkilatının Baş katibi Aqnes Kallamard sitat gətirilərək “Son həftənin ağrılı hadisələri aparteid rejiminin ölümcül nəticəsini bir daha nümayiş etdirdi” deyilib.

Qeyd edək ki, aparteid reijmj beynəlxalq hüquqa görə, bir irqi qrup tərəfindən digər irqi qrup üzərində institusional və sistematik təzyiq və hökmranlıq rejimi kimi təsvir edilir. İnsan hüquqlarının ciddi şəkildə pozulması hesab edilən aparteid beynəlxalq ictimai hüququn pozulması hesab olunur.



Әlaqәli Xәbәrlәr