Avropa İttifaqı (Aİ) Fələstinə 199 milyon avroluq yardım paketi ayırıb

Avropa İttifaqı (Aİ) Fələstinə 199 milyon avroluq maliyyə yardımı ayırdığını açıqlayıb.

1941437
Avropa İttifaqı (Aİ) Fələstinə 199 milyon avroluq yardım paketi ayırıb

Anadolu agentliyinin xəbərinə görə Aİ-nin Fələstin ofisindən yayılan  açıqlamada, Fələstinə yardım paketi ilə  əlaqəli işğal altındakı İordan Çayının  qərb sahilində  yerləşən Ramallah şəhərində mərasim təşkil edildi bildirilib. Aİ-nin Fələstin xalqına etdiyi yardımlara toxunulan  açıqlamada bildirilib ki, ötən il Fələstinə cəmi 296 milyon avro yardım ayrılıb.

Fələstin son illərdə ərəb dünyası və beynəlxalq ictimaiyyət tərəfindən ona ayrılan yardımların azalması səbəbindən maliyyə problemləri yaşayır.

Xatırladaq ki, İsrail ilə Fələstin Azadlıq Təşkilatı arasında 1994-cü ildə imzalanan “Paris iqtisadi protokolu”na uyğun olaraq, İsrail rəhbərliyi nəzarətindəki sərhəd qapılarından topladığı illik 2 milyard dolları Fələstin xəzinəsinə köçürür.

Digər tərəfdən Fələstinin rəsmi xəbər agentliyi VAFA-nın məlumatına görə Fələstin prezidenti Mahmud Abbas, iki dövlətli həllə siyasi dəstəyi və beynəlxalq toplantılarda Fələstin xalqına verdiyi dəstəyə görə Avropa İttifaqına minnətdarlığını bildirib.

 



Әlaqәli Xәbәrlәr