ABŞ-ın şimalında Çinin kəşfiyyat hava şarı müəyyən edilib
ABŞ Müdafiǝ Nazirliyi (Pentaqon): “ABŞ-ın şimalında Çinin kəşfiyyat hava şarı müəyyən edilib”.
1941397

TRT-nin xəbərinə görə bu barədə ABŞ Hərbi Departamentinin mətbuat katibi Patrik Rayder məlumat verib.
Onun sözlərinə görə, son bir neçə ildə belə cihazların istifadəsi qeydə alınıb:
“Şimali Amerika Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı da daxil olmaqla, ABŞ səlahiyyətliləri hava şarına nəzarət etməyə və onun hərəkətini izləməyə davam edir. Şar hazırda hava səyahəti üçün nəzərdə tutulan yüksəklikdən əhəmiyyətli dərəcədə hündürdə hərəkət edir və yerdəki insanlar üçün heç bir təhlükə törətmir”, - deyə Rayder əlavə edib.