İsveçdə üzərində və içərisində təhdid və təhqirlər yazılmış 3 Qurani-Kərim tapıldı

İsveç və Danimarkada Qurani-Kərimin yandırılmasına reaksiyalar davam edərkən, daha bir qalmaqal yaşanıb.

1940929
İsveçdə üzərində və içərisində təhdid və təhqirlər yazılmış 3 Qurani-Kərim tapıldı

İsveçin Karlskrona bölgəsinin Ronneby rayonunun müxtəlif yerlərində üzərində və içərisində təhqirlər yazılmış 3 Quran kitabı tapılıb.

TRT xəbər verir  ki  bu barədə İsveç dövlət telekanalı “SVT” məlumat yayıb.

Kanalın xəbərinə görə, üzərində ölüm təhdidi yazılmış bir ədəd Qurani-Kərim avtobus dayanacağında, ikisi  ədəd də ictimai yerlərdə tapılıb.

Xatırladaq ki, Danimarkanın “Sərt Kurs” partiyasının lideri Rasmus Paludan yanvarın 21-də Stokholmda yerləşən Türkiyə Səfirliyi qarşısında Qurani-Kərimi yandırmışdı. Etiraz aksiyası zamanı izdihamlı polis müdafiəsi nəticəsində heç kimin Paludana yaxınlaşmasına icazə verilməmişdi. 

Paludan həmçinin yanvarın 27-də Danimarkada məscidin qarşısında və Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Quranı yandırıb.

İsveç hökumətinin Quran yandırmağa icazə verməsinə Türkiyə başda olmaqla bir çox İslam ölkəsindən sərt reaksiya verilib. 

 


Etiketlәr: #İsveç

Әlaqәli Xәbәrlәr