Filippinin cənub-şərqində 6,1 bal gücündə zəlzələ baş verib
TRT xəbər verir ki Filippin Vulkan və Zəlzələ Elmləri İnstitutu bu barədə məlumat yayıb.
1940781

“Davao de Oro sahil şəhərinin Yeni Bataan bölgəsindən təxminən 14 kilometr aralıda 6,1 bal gücündə zəlzələ qeydə alınıb. Ölkənin cənubundakı bir neçə şəhərdə hiss olunan zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib”.
Zəlzələdə insan tələfatı və dağıntı barədə məlumat yoxdur.