Benyamin Netanyahu Ukraynaya hərbi yardımı nəzərdən keçirdiklərini bildirib
İsrailin baş naziri Benyamin Netanyahu Ukraynaya hərbi yardımı nəzərdən keçirdiklərini və İranın silah istehsalına qarşı hərəkətə keçdiklərini bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu Ukraynaya hərbi yardımı nəzərdən keçirdiklərini və İranın silah istehsalına qarşı hərəkətə keçdiklərini bildirib.
Amerikanın CNN televiziyasına müsahibə verən Benyamin Netanyahu İsrail istehsalı olan “Dəmir Qübbə” hava hücumundan müdafiə sisteminin Ukraynaya da tədarük etmək istənildiyinə dair suala “Bunu mütləq dəyərləndirirəm” şəklində cavab verib.
ABŞ-ın İsraildəki sursat ehtiyatının bir hissəsini Ukraynaya köçürdüyünə diqqət çəkən Netanyahu "Amerika sursatının bir hissəsini buradan Ukraynaya köçürüb. Təfərrüata varmayacam, lakin İsrail İranın Ukraynada da istifadə olunan silah istehsalına qarşı tədbir görür", deyə bildirib.
Ötən həftəsonu İranın İsfahan şəhərindəki Müdafiə Nazirliyinin silah-sursat istehsalı müəssisəsinə edilən hücumun arxasında İsrailin olması ilə bağlı iddiaları nə təsdiq, nə də təkzib edən Netanyahu "Mən konkret əməliyyatdan danışmıram. Orta Şərqdə nə vaxt partlayış olsa İsraili günahlandırır və ya işarə edirlər. Bunu bəzən biz edirik, bəzən isə o, biz deyilik", deyə vurğulayıb.
İsrailin baş naziri Ukrayna müharibəsində İranın Rusiyaya silah göndərməsinə işarə edərək deyib: “İranın öz xalqına qarşı barbarlığı qarşısında dünya bu ölkənin nə olduğunu anlamağa doğru yaxınlaşır. İran Avropanın ortasında, Ukraynada günahsız mülki insanları öldürən pilotsuz təyyarələr verir.”
Benyamin Netanyahu ona da deyib ki, o, baş nazir kimi İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün əlindən gələn hər şeyi edəcək.
Ukrayna müharibəsinin başladığı ilk vaxtlarda ona vasitəçilik təklifi edildiyini, lakin o vaxt müxalifətdə olduğu üçün bu təklifi qəbul etmədiyini deyən Netanyahu o zamankı baş nazir Naftali Bennetin buna cəhd etdiyini, lakin cəhdin uğursuz olduğunu bildirib.
Vasitəçilik təklifinin kimdən gəldiyi sualına Netanyahu bunun “qeyri-rəsmi kanallar vasitəsilə” çatdırıldığı cavabını verib və bildirib ki, bütün tərəflər, xüsusilə də ABŞ istəsə, bu vəzifəni öhdəsinə götürə bilər.
Әlaqәli Xәbәrlәr

Ben-Qurion beynəlxalq hava limanından uçuşlar dayandırılıb
İsrailin Təl-Əviv şəhərində yerləşən Ben-Qurion beynəlxalq hava limanından uçuşlar dayandırılıb.

Burkina Faso “France 24” telekanalının yayımını dayandırıb
Qərbi Afrika ölkəsi Burkina Faso ilə Fransa arasında gərginlik artaraq davam edir.