Hindistanda yüzlərlə adam müsəlmanların hindu qadınları ilə evlənməsinə etiraz etdilər

NDTV-nin xəbərinə görə...

1939790
Hindistanda yüzlərlə adam müsəlmanların hindu qadınları ilə evlənməsinə etiraz etdilər

 

  Hindistanda yüzlərlə adam müsəlmanların hindu qadınları ilə evlənməsinə etiraz edərək dinə zidd qanunların tətbiqini tələb ediblər.

  NDTV-nin xəbərinə görə, etirazçılar müsəlman kişilərin hindu qadınlarını nikah yolu ilə dinini qəbul etməyə razı saldığını iddia edərək nümayiş keçiriblər.

  Sağçı qrupların fəalları Mumbayda keçirilən mitinqdə müsəlman-hindu nikahlarına qarşı şüarlar səsləndirərək dinə zidd qanunların tətbiq edilməsini və din adı altında torpaq zəbtinin dayandırılmasını tələb ediblər.

  Hindu sağçı Sakal Hindu Samaj təşkilatlarının çətir qrupunun təşkil etdiyi nümayişdə müsəlmanlara qarşı dini nifrətin qızışdırılmasında ittiham olunan hindu milliyətçi qrupları “Rashtriya Swayamsevak Sandh” və Ümumdünya Hindu Şurasının rəhbərləri və üzvləri iştirak ediblər.



Әlaqәli Xәbәrlәr