Belçikada daha bir nüvə reaktorunun fəaliyyəti dayandırılır
Belçikada 40 ildir fəaliyyət göstərən “Tihange 2” nüvə reaktoru bu gün həmişəlik bağlanacaq.
TRT-nin xarici mediaya istinad etdiyi xəbərə görə Avropada enerji böhranına baxmayaraq, Belçikanın Huy şəhərindəki “Tihange 2” nüvə reaktorunun fəaliyyəti bu gün yerli vaxtla saat 23:59-da dayandırılacaq.
Beləliklə, 1983-cü ildə işə başlayan nüvə reaktorunun 40 il istismardan sonra elektrik şəbəkəsinə qoşulması dayandırılacaq.
Belçikada əvvəlki hökumətlərin qəbul etdiyi qərarlar istiqamətində hazırlanan nüvə çıxış qanunu səbəbiylə bağlanacaq olan “Tihange” Atom Elektrik Stansiyasının 3 reaktorundan biri olan “Tihange” 2 reaktoru illik 1055 meqavat elektrik istehsal gücünə sahib idi.
Belçikada cəmi 7 reaktor, Hollandiya sərhədinə yaxın “Doel” AES-də 4, Almaniya və Lüksemburq sərhədinə yaxın “Tihange” AES-də 3 reaktor işləyir.
Bu reaktorların istehsal etdikləri elektrik enerjisi demək olar ki ölkənin tələbatının təxminən yarısını qarşılayır.
Rusiya-Ukrayna müharibəsindən əvvəl Belçika hökuməti 2025-ci ildə atom elektrik stansiyalarının istismardan çıxarılması planını hazırlamışdı.
Әlaqәli Xәbәrlәr
““Rosatom” ABŞ sanksiyalarına baxmayaraq fəaliyyətini davam etdirəcək” , D.Peskov
Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərin suallarını cavablandırarkən bildirib
İsrail ordusunun Qəzzaya hücumlarında ölənlərin sayı artmaqda davam edir
İsrailin hücumlarını davam etdirdiyi Qəzzada ölənlərin sayı 46 min 584-ə yüksəlib.