Ukraynadan Polşaya daxil olan qaçqınların sayı

Ukraynadan Polşaya daxil olan qaçqınların sayı hazırda 9,5 milyonu keçib.

1939621
Ukraynadan Polşaya daxil olan qaçqınların sayı

Ukraynadan Polşaya daxil olan qaçqınların sayı hazırda 9,5 milyonu keçib.

Polşa Sərhəd Mühafizəsinin tviter hesabından edilən paylaşımda Rusiya ilə fevralın 24-də başlayan müharibədən bəri Ukraynadan sıx mühacirətin olduğu xatırladılıb.

Paylaşımda bildirilib ki, ötən gün Ukraynadan ölkəyə cəmi 22 min 700 nəfər daxil olub.

“Müharibə başlayandan bəri Ukraynadan Polşaya keçənlərin sayı 9 milyon 510 min nəfərə çatıb” paylaşımda qeyd edilib. 

Paylaşımda Polşanı tərk edən ukraynalıların sayının 7 milyon 660 min olduğu diqqətə çatdırılıb.



Әlaqәli Xәbәrlәr