“İsveçdəki mütəşəkkil cinayət dəstələri PKK-nı maliyyələşdirir”, O.Stenström

İsveçin NATO Üzvlüyü üzrə Baş müzakirəçisi Oskar Stenström terror təşkilatı PKK/YPG-nin ölkəsindəki vəziyyəti ilə bağlı İsveç dövlət radiosu "SR"-ə açıqlama verib.

1939270
“İsveçdəki mütəşəkkil cinayət dəstələri PKK-nı maliyyələşdirir”, O.Stenström

“İsveçdəki mütəşəkkil cinayət dəstələri PKK-nı maliyyələşdirir”. 

Bunu İsveçin NATO Üzvlüyü üzrə Baş müzakirəçisi Oskar Stenström terror təşkilatı PKK/YPG-nin ölkəsindəki vəziyyəti ilə bağlı İsveç dövlət radiosu "SR"-ə verdiyi açıqlamada deyib.

Oskar Stenström Türkiye, İsveç və Finlandiya arasındakı NATO-ya üzvlüklə bağlı üçtərəfli mexanizm iclasının bərpası üçün gələn həftə Türkiye ilə əlaqə saxlamağı düşündüyünü söyləyib.

Stenström "Hazırda faydalı və etibarlı bir görüş olmayacağına görə bir araya gəlib danışıqlar aparmaq mənasız olacaq və yəqin ki, prosesi daha da çətinləşdirəcək. Bununla belə, qarşılıqlı görüşlərin davam etməsi üçün Türkiye tərəfi ilə gələcək həftə əlaqə saxlayacağımı düşünürəm" ifadələrindən istifadə edib.

Stenström İsveç və Finlandiya ilə Daimi Birgə Mexanizm görüşlərinin təxirə salınması ilə bağlı isə deyib ki, qörülənlər qanuni olsa da, Türkiyenin Stokholm səfirliyi qarşısında Qurani-Kərimin yandırılması bütün dini təhqir edib. Bu, NATO danışıqları üçün heç də müsbət deyil, acınacaqlı vəziyyətdir və bununla bağlı öz fikirlərimizi bildirmişik.

Terror təşkilatı PKK/YPG ilə bağlı da açıqlamalar verən Stenström Türkiyenin Finlandiyadan çox İsveçə diqqət çəkməsinin səbəbi kimi bu təşkilatın İsveçdə daha çox pula sahib olmasına diqqət çəkib.

Stenström "İsveçdə mütəşəkkil cinayətkar dəstələr PKK-nı maliyyələşdirir. Finlandiyadan fərqli olaraq, PKK-nın İsveçdə daha çox maliyyə qaynağı var" deyib.



Әlaqәli Xәbәrlәr