Çinin Sincan-Uyğur Muxtar Bölgəsində 6,1 bal gücündə zəlzələ baş verib

Çinin Sincan-Uyğur Muxtar Bölgəsində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

1939462
Çinin Sincan-Uyğur Muxtar Bölgəsində 6,1 bal gücündə zəlzələ baş verib

TRT-nin xəbərinə görə bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 260 min insanın yaşadığı Aral şəhərindən 106 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin episentri 33 kilometr dərinlikdə yerləşib.

Bildirilib ki, yeraltı sərvətlərlə zəngin olan rayonda elektrik şəbəkəsinə, neft və təbii qaz hasilatı və neft-kimya obyektlərinə heç bir ziyan dəyməyib. Cant itkisi barədə isə məlumatü yoxdur.

ABŞ Geoloji Xidməti zəlzələnin 5,7 bal gücündə olduğunu açıqlayıb.



Әlaqәli Xәbәrlәr