İsveçin NATO-ya üzvlük prosesi dayandırılıb

T.Billström paytaxt Stokholmda 25 müsəlman ölkəsinin səfirləri ilə görüşdən sonra bu qənaətə gəlib

1939092
İsveçin NATO-ya üzvlük prosesi dayandırılıb

 

  İsveçin xarici işlər naziri Tobias Billström NATO-ya üzvlük prosesinin müvəqqəti dayandırılması ilə bağlı açıqlama verib.

  “CNN Türk” xəbər verir ki, T.Billström paytaxt Stokholmda 25 müsəlman ölkəsinin səfirləri ilə görüşdən sonra bu qənaətə gəlib. Onun sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar NATO-ya üzvlük prosesi hələ ki dayandırılır.

  İsveç naziri əlavə edib ki, bu ilin iyulunda Vilnüsdə keçiriləcək NATO sammitində ölkəsinin bu təşkilata tamhüquqlu üzv olmasına ümid bəsləyir.

 



Әlaqәli Xәbәrlәr