Rusiya Latviya səfirindən ölkəni tərk etməsini istəyib
Rusiya Xarici İşlər Nazirliyi Latviyanın Moskvadakı səfirinə ölkəni tərk etməyi tabşırıb.
1938934

Rusiya Xarici İşlər Nazirliyi Latviyanın Moskvadakı səfirinə ölkəni tərk etməyi tabşırıb.
Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Latviyanın Rusiya ilə diplomatik əlaqələrin səviyyəsini aşağı salmağa qərar verdiyi xatırladılıb.
Latviyanın bu qərarı digər Baltikyanı ölkələrlə "həmrəylik" əsasında qəbul etdiyi və bunun Rusiya tərəfindən qəbul edilmədiyi vurğulanıb. Bəyanatda bu həmrəyliyin Rusiyaya qarşı düşmən addımlar atmaq mənasına gəldiyi bildirilib.
Açıqlamada mövcud vəziyyətin bütün məsuliyyətinin Latviya hökumətinə aid olduğu vurğulanıb.
"Latviyanın Rusiyadakı səfiri Maris Riekstinsdən 2 həftə ərzində Rusiyanı tərk etməsi tələb edilib'',-deyə açıqlamada qeyd olunub.