İsrail Qəzza zolağına zərbələr endirib

İsrail təyyarələri  Fələstin silahlı qruplaşmalarının Qəzzanın mərkəzindəki hərbi hissələrinə zərbələr endirib.

1938750
İsrail Qəzza zolağına zərbələr endirib

İsrail təyyarələri  Fələstin silahlı qruplaşmalarının Qəzzanın mərkəzindəki hərbi hissələrinə zərbələr endirib. 
Fələstin Səhiyyə Nazirliyi hücumda ölən və ya yaralananların olub-olmadığı ilə bağlı açıqlama verməyib.
Hücum partlayışlara səbəb olub, ətrafdakı evlərə ziyan dəyib.
Fələstinin HƏMAS hərəkatının silahlı qanadı olan İzzəddin əl-Qassam Briqadası isə hava hücumundan müdafiə qüvvələrinin  İsrail təyyarələrinə lazımi cavabı verdiyini bildirib.
İsrail ordusu həmçinin Qəzzadan sərhədə yaxın yerləşən yəhudi yaşayış məntəqələrinə doğru 2 raket atıldığını və hava hücumundan müdafiə sisteminın bunun qarşısı alındığını açıqlayıb.
Dünən səhər saatlarında İsrail qüvvələrinin İordan çayının qərb sahilinin şimalındakı ''Cenin'' qaçqınlar düşərgəsinə təşkil etdiyi basqında 9 fələstinli həlak olmuşdu.



Әlaqәli Xәbәrlәr