İngiltərədən Rusiya və İran hakerlərinə xəbərdarlıq
Böyük Britaniyanın Kiber Təhlükəsizlik Mərkəzi (NCSC) xəbərdarlıq edib ki, Rusiya və İranda yerləşən hakerlər ölkədəki şəxsləri və təşkilatları hədəf almağa davam edir.

NCSC-dən verilən açıqlamada: “Rusiyada yerləşən Seaborgıum və İran mərkəzli ‘TA453’ məlumat toplamaq üçün Böyük Britaniyada təşkilatlara, şəxslərə və digər əlaqəli sahələrə qarşı məqsədyönlü fişinq hücumlardan uğurla istifadə etməyə davam edir”.
İki qrupun hücumlarının hədəf profillərindəki oxşarlıqlara baxmayaraq ayrı-ayrı hərəkətlər olduğuna diqqət çəkilən açıqlamada Hərəkətlərin konkret fərd və ya qrupun hədəf alındığı fişinq hücumları üçün xarakterik olduğu vurğulanıb.
Qeyd edilib ki, hakerlər hörmətli ekspertləri təqlid edən saxta sosial media profilləri yaradaraq, qondarma konfrans və ya tədbir dəvətnamələrindən istifadə edirlər.
Әlaqәli Xәbәrlәr

Vladimir Putin Rusiyanın yeni xarici konsepsiyasını qəbul edib
Rusiya prezidenti Vladimir Putin ölkəsinin yeni xarici konsepsiyasını qəbul edib.