Fransa bu ölkədəki qoşunlarını çıxarır

Fransa bir ay ərzində Burkina-Fasodan qoşunlarını çıxaracaq

1938022
Fransa bu ölkədəki qoşunlarını çıxarır

Fransa Burkina-Fasodan qoşunlarını 30 gün ərzində çıxarmaq qəranına gəlib. TRT xəbər verir ki bu barədə “Frans Press” (AFP) agentliyi Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

“Biz rəsmi olaraq Burkina-Faso hökumətinin bu ölkədə mövcud olan fransız qoşunlarının statusu ilə bağlı 2018-ci il sazişini ləğv etməsi barədə bildiriş aldıq.

Onun şərtlərinə görə, denonsasiya yazılı bildirişin alınmasından bir ay sonra qüvvəyə minir. Biz müqavilənin şərtlərinə əməl edəcəyik və bu tələbi yerinə yetirəcəyik”, - XİN rəsmisi bildirib.

 


Etiketlәr: #Fransa , #Burkina-Faso

Әlaqәli Xәbәrlәr