Əfqanıstanda soyuqdan ölənlərin sayı 157 nəfərə çatıb

Əfqanıstanda son iki həftədir davam edən anomal soyuq hava səbəbindən donaraq ölənlərin sayı 157 nəfərə çatıb

1937862
Əfqanıstanda soyuqdan ölənlərin sayı 157 nəfərə çatıb

Əfqanıstanda son iki həftədir davam edən anomal soyuq hava səbəbindən donaraq ölənlərin sayı 157 nəfərə çatıb.

Ölkədə havanın temperaturu gecə saatlarında paytaxt Kabildə mənfi 10, bəzi bölgələrdə isə 30 dərəcəyə enib.

Taliban müvəqqəti hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin sözçüsü Şafiullah Rəhimi ölkə daxilində 157 nəfərin donaraq həyatını itirdiyini bildirərək, ən çox itkinin Qor, Bədəxşan, Paktika və Paktiya əyalətlərində qeydə alındığını bildirib.

Rəhimi qeyd edib ki, əlverişsiz hava şəraiti səbəbindən 75 mindən çox iribuynuzlu heyvan tələf olub.

Əfqanıstan Meteorologiya İnstitutu bu qış havanın temperaturunun keçən il ilə müqayisədə iki dəfə soyuq olduğunu və ən şiddətli soyuğun Qor vilayətində qeydə alındığını vurğulayıb.



Әlaqәli Xәbәrlәr