“Biz Ərdoğanı xeyirxah və böyük ürəyə malik olduğu üçün çox sevirik", N.Maduro

Venesuelanın prezidenti Nikolas Maduro: "Biz prezident Rəcəb Tayyib Ərdoğanı ölkəmizin böyük qardaşı kimi görürük. Türkiyə xalqı bilməlidir ki, biz Ərdoğanı xeyirxah və böyük ürəyə malik olduğu üçün çox sevirik"

1937425
“Biz Ərdoğanı xeyirxah və böyük ürəyə malik olduğu üçün çox sevirik", N.Maduro

 

  Venesuelanın prezidenti Nikolas Maduro: "Biz prezident Rəcəb Tayyib Ərdoğanı ölkəmizin böyük qardaşı kimi görürük. Türkiyə xalqı bilməlidir ki, biz Ərdoğanı xeyirxah və böyük ürəyə malik olduğu üçün çox sevirik".

  Venesuelada rəsmi səfərdə olan Türkiyənin ticarət naziri Mehmet Muş və nümayəndə heyətini Miraflores sarayında qəbul edən N.Maduro Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) ilə Venesuela Beynəlxalq Məhsuldar İnvestisiya Mərkəzi (CİİP) arasında anlaşma memorandumu imzalandıqdan sonra açıqlamalar verərək bildirib: "Venesuela ilə Türkiyə arasında iqtisadi əlaqələr zənginlik və qarşılıqlı faydaya əsaslanır. İndiyə qədər belə olub, gələcəkdə də belə olacaq.

  Türkiyə Hava Yollarının (THY) iki ölkə arasında əhəmiyyəti böyükdür. Artıq həftədə 7 uçuşumuz var və bu, artmağa davam edəcək. Çünki Türkiyə təkcə Karakas deyil, həm də İstanbulla Cənubi Amerika kimi bütün bölgələri birləşdirir.

  İki ölkə arasında yaxşı dostluq əlaqələri mövcuddur. Biz prezident Ərdoğanı Venesuelanın böyük qardaşı kimi görürük. Türkiyə xalqı bilməlidir ki, biz Ərdoğanı xeyirxah və böyük ürəkli olduğu üçün çox sevirik. Ərdoğan bizim ən çətin illərimizdə, ən çətin vəziyyətimizdə həmişə Venesuelanın yanında olub, ölkəmizə sevgi və şəfqət verib. Türkiyə xalqına və Ərdoğana salamlar olsun".



Әlaqәli Xәbәrlәr