ÜST 2,54 milyard dollar dəstəyə çağırdı

Qebreyesus 2023-cü ildə dünya miqyasında təcili tibbi yardım məsələlərilə üzləşən milyonlarla insan üçün başlatdıqları 2,54 milyard dollarlıq yardım çağırışına dəstək istəyib.

1937024
ÜST 2,54 milyard dollar dəstəyə çağırdı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus 2023-cü ildə dünya miqyasında təcili tibbi yardım məsələlərilə üzləşən milyonlarla insan üçün başlatdıqları 2,54 milyard dollarlıq yardım çağırışına dəstək istəyib.

ÜST yanvarın 23-də 2023-cü il üçün təcili tibbi yardım məsələləri ilə üzləşən milyonlarla insana dəstək çağırışını başladıb.

Təcili tibbi yardım çağırışının təqdimatında çıxış edən Qebreyesus 2023-cü ildə görünməmiş böhranların şahidi olduqlarını ifadə edərək, humanitar yardıma ehtiyacı olan insanların sayında keçən il ilə müqayisədə 25 faizə yaxın artım olduğuna diqqət çəkib.

Dünyanın bir çox böhranla qarşı-qarşıya olduğunu qeyd edən Qebreyesus ən çox təsirlənənlərin ən müdafiəsiz olduğunu ifadə edərək deyib:

"Qlobal miqyasda humanitar ehtiyacların 80 faizi münaqişələrə əsaslanır. Qarşısı alına bilən ana və uşaq ölümlərinin yarısı kövrək, münaqişələrdən təsirlənən və həssas ərazilərdə baş verir. Bu fondlar ÜST-nin bütün dünya üzrə işini dəstəkləyəcək. Problemlər gözardı edilməməslidir. Bu problemlər öz-özünə həll olunmayacaq. Buna görə də biz bütün dünyada donorlarımızı ÜST-nin 2,54 milyard dollarlıq təcili tibbi yardım çağırışını dəstəkləməyə dəvət edirik".

Qeyd edək ki, ÜST Pakistandakı daşqınlar, Afrikadakı ərzaq təhlükəsizliyi, Ukraynadakı müharibə və Yəmən, Əfqanıstan, Suriya və Efiopiyadakı münaqişə kimi bütün bu fövqəladə hallara cavab verməyi hədəfləyir.

Digər tərəfdən, sağlıq sistemlərində problemlərə səbəb olan yeni növ koronavirus (Covid-19), vəba, qızılca və digər ölümcül epidemiyalar da ÜST-nin hazırda mübarizə apardığı böhranlar arasında yer alır.



Әlaqәli Xәbәrlәr