Dmitri Peskov Ukraynaya mümkün tank tədarükünü qiymətləndirib

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Almaniyanın Ukraynaya “Leopard” tanklarını göndərəcəyi təqdirdə bunun iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərəcəyini bildirib.

1937227

Dmitri Peskov paytaxt Moskvada verdiyi bəyanatda Almaniyanın Ukraynaya mümkün tank tədarükünü qiymətləndirib.
Rusiya ilə Almaniya arasında münasibətlərin hazırda aşağı səviyyədə olduğuna diqqət çəkən Dmitri Peskov deyib: “Almaniya, Avropa İttifaqına üzv digər ölkələr və ya NATO ilə konkret danışıqlar aparılmır”.
Almaniyanın Ukraynaya mümkün tank tədarükünün yenə də münasibətlərə mənfi təsir göstərəcəyini vurğulayan Dmitri Peskov deyib:“Bu növ tədarük  Rusiya-Almaniya münasibətlərinin gələcəyi üçün yaxşı heç nə vəd etmir''.
NATO-nun Baş katibi Yens Stoltenberq bu gün Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşdən sonra deyib ki, Berlin administrasiyası yaxın vaxtlarda Ukraynaya “Leopard” tanklarının göndərilməsinə razılıq verə bilər.
Polşa və Finlandiya kimi Avropalı müttəfiqlər də Almaniya istehsalı olan bu tankları Ukraynaya göndərməyə hazır olduqlarını və Berlinin razılıq verməsini gözlədiklərini bildiriblər.

Әlaqәli Xәbәrlәr