Cozep Borrel əhəmiyyətli bəyanatlar verib
Borrell deyib: "Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Ukrayna bu müharibədə qalib gəlməlidir".

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrell Avropa İttifaqına üzv ölkənin tələb edəcəyi təqdirdə Almaniyanın Ukraynaya ''Leopard'' tanklarının göndərilməsinə mane ola bilməyəcəyini söyləyib.
Cozep Borrell Aİ xarici işlər nazirlərinin görüşündən sonra mətbuat konfransı keçirib.
Rusiyanın sistemli hücumlarını davam etdirdiyini, Ukraynadakı şəhərləri və mülki insanları hədəf aldığını və mülki infrastruktura zərər verdiyini ifadə edən Borrell deyib: "Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Ukrayna bu müharibədə qalib gəlməlidir".
Jurnalistin Ukraynaya ağır tankların göndərilməsi məsələsində nazirlər arasında yaşanan mübahisələr ilə bağlı sualını cavablandıran Cozep Borrel deyib: "Bu gün bir sıra fikirlər səsləndirilib. Almaniya Avropa İttifaqına üzv ölkənin tələb edəcəyi təqdirdə Ukraynaya ''Leopard'' tanklarının göndərilməsinə mane ola bilməyəcək''.
Almaniyanın xarici işlər naziri Annalena Baerbokun “Polşa Ukraynaya alman mənşəli “Leopard” tankı göndərmək istəsə, buna qarşı çıxmayacağıq” ifadəsinə toxunan Cozep Borrell deyib: ''Yəni Almaniya ''Leopard'' tanklarının göndərilməsinə mane olmur”.
Cozep Borrell gələn ay keçiriləcək Aİ-Ukrayna sammiti ilə bağlı hazırlıqların davam etdiyini bildirib.
“Bu, müharibə başlayandan bəri ilk Aİ-Ukrayna sammiti olacaq və Ukrayna sammitə Aİ-yə namizəd ölkə kimi qatılacaq'',-deyə Cozep Borrel qeyd edib.
Nazirlərin bugünkü iclasında Ukraynaya 500 milyon avro əlavə maliyyə yardımının edilməsi ilə yeddinci hərbi yardım paketi ilə bağlı razılığa gəldiklərini qeyd edən Cozep Borrell bildirib ki, Avropa İttifaqının Ukraynaya humanitar, hərbi və maliyyə yardımı 49 milyard avroya çatıb.
Әlaqәli Xәbәrlәr

Dünya Müsəlman Alimləri Birliyindən müsəlmanlara çağırış
Dünya Müsəlman Alimləri Birliyi İslam dünyasını zəlzələ bölgələrinə təcili yardım etməyə çağırıb.