BMT və Taliban rəsmiləri bəzi məsələləri birlikdə müzakirə etdi

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsin başçılıq etdiyi BMT nümayəndə heyəti Əfqanıstanın paytaxtı Kabildə Taliban rəsmiləri ilə ölkə qadınlarına qoyulan məhdudiyyətləri və humanitar yardıma maneələri müzakirə edib

1936918
BMT və Taliban rəsmiləri bəzi məsələləri birlikdə müzakirə etdi

 

  Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsin başçılıq etdiyi BMT nümayəndə heyəti Əfqanıstanın paytaxtı Kabildə Taliban rəsmiləri ilə ölkə qadınlarına qoyulan məhdudiyyətləri və humanitar yardıma maneələri müzakirə edib.

  BMT-nin Əfqanıstan nümayəndə heyəti xarici işlər nazirinin müavini Əmirhan Müttəki və Taliban müvəqqəti hökuməti baş nazirinin müavini Əbdül Salam Hənəfi ilə görüşüb.

  Talibanın sözçülərindən olan Bilal Kərimi və hökumətin mətbuat xidməti katibinin müavini Hafiz Ziya Əhməd şəxsi “twitter” hesablarında danışıqların məzmunu ilə bağlı açıqlama veriblər.

  BMT rəsmisi Martin Griffiths 2022-ci ilin dekabrında Əfqanıstanda qızların universitetdə təhsili və qadınların yerli və xarici qeyri-hökumət təşkilatlarında (QHT) işlərinin dayandırılmasından narahatlığını ifadə edib, onların humanitar yardımın səmərəli şəkildə çatdırılmasında fəal rol almalı olduğunu bildirərək deyib: “Ehtiyacı olan 28 milyon əfqanıstanlıya kömək etmək üçün 2023-cü il üçün 4,6 milyard dollarlıq humanitar yardım çağırışı etdik və bununla Əfqanıstanda əminlik artdı.

  Taliban hökuməti baş nazirinin müavini Əbdül Salam Hənəfi Əfqanıstana humanitar yardımın hər şəraitdə davam etdirilməli olduğunu bildirərək qadınlara tətbiq edilən məhdudiyyətlər barədə “Ümid edirik ki, bu məsələ konsensusla həll olunacaq” deyib.

  Taliban müvəqqəti hökuməti xarici işlər nazirinin müavini Əmirhan Müttəki Əfqanıstanın beynəlxalq ictimaiyyətin bir parçası olduğunu və onun dünya ölkələrinə yaxınlaşmasında konstruktiv rol oynamaq üçün BMT-nin böyük məsuliyyət daşıdığını vurğulayıb.



Әlaqәli Xәbәrlәr