Aİ İrana qarşı yeni sanksiyalar paketini qəbul etdi
Avropa İttifaqına (Aİ) üzv dövlətlər sentyabr ayında İranda Məhsa Eminin ölümündən sonra keçirilən nümayişlərə müdaxilədə rol oynadıqları üçün 18 iranlıya və 19 təşkilata sanksiya tətbiq etmək qərarına gəlib.

Avropa İttifaqına (Aİ) üzv dövlətlər sentyabr ayında İranda Məhsa Eminin ölümündən sonra keçirilən nümayişlərə müdaxilədə rol oynadıqları üçün 18 iranlıya və 19 təşkilata sanksiya tətbiq etmək qərarına gəlib.
Avropa Şurasından verilən açıqlamada sanksiyaların İranda insan hüquqları pozuntularına görə tətbiq ediləcəyi bildirilib.
Sanksiyaya məruz qalanlar arasında İranın gənclər və idman naziri Seyid Həmid Hazaveh Seccadi, bəzi deputatlar, bəzi əyalətlərin qubernatorları, dövlət mediasının əməkdaşları və İran İnqilab Keşikçiləri Korpusunun bəzi yüksək rütbəli məmurları da var.
Siyahıya İran İnqilab Keşikçiləri Korpusunun ölkənin bəzi bölgələrindəki bölmələri, İran Xüsusi Təyinatlı Polis Qüvvələri və təhlükəsizlik xidmətləri göstərən bəzi şirkətlər də daxil edilib.
Son sanksiyalarla Aİ-nin sanksiya siyahısına daxil etdiyi iranlıların sayı 164-ə, təşkilatların sayı isə 31-ə yüksəlib.
Sanksiyalar Aİ-yə səyahət qadağası,aktivlərin dondurulması və bu şəxslər və təşkilatların maliyyələşdirilməsinə qadağadan ibarətdir.
Әlaqәli Xәbәrlәr

“Nüvə silahları ilə bağlı artan gərginlik narahatlıq doğurur”, S.Dujarrik
BMT-nin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlama verib.