Rusiya yazda daha böyük hücuma hazırlaşır

NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer: “Rusiyanın yazda Ukraynaya geniş miqyaslı yeni hücumu ehtimal olunur”.

1935435
Rusiya yazda daha böyük hücuma hazırlaşır

NATO-nun yüksək səviyyəli hərbi rəsmisi Rob Bauer Türkiyeni Baş Qərargah rəisi ordu generalı Yaşar Gülərin təmsil etdiyi NATO Baş Qərargah Rəisləri Yığıncağından sonra mətbuata açıqlamasında bu barədə danışıb.

Rob Bauer bir jurnalistin özünə ünvanladığı ‘Rusiyanın yeni hücum planı var mı’? sualına cavabən deyib: “Rusiyanın strateji hədəfləri dəyişmədiyi üçün yeni hücum həyata keçirəcəyini gözləyirik. Bu təxmindən ibarətdir. Ancaq yaxın zamanadək strateji məqsədlərini dəyişməsələr, çox güman ki, yazda yeni hücuma başlayacaqlar. Ukraynalılar ehtimal olunan belə bir plana qarşı tədbirli olmalıdılar”.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hücum edib.

 

 

 



Әlaqәli Xәbәrlәr