İsrail qüvvәlәri fәlәstinlilәrә müdaxilә etdi, ölən və yaralananlar var

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin şimalına  etdiyi basqınlarda 2 fələstinli ölüb, 3-ü də yaralanıb.

1935047
İsrail qüvvәlәri fәlәstinlilәrә müdaxilә etdi, ölən və yaralananlar var

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin şimalına  etdiyi basqınlarda 2 fələstinli ölüb, 3-ü də yaralanıb.
Fələstin dövlət televiziyasının yayımladığı xəbərə görə, səhər saatlarında İsrail ordusunun xüsusi təyinatlı qüvvələri ''Cenin'' qaçqınlar düşərgəsinə basqın edib.
Fələstinin rəsmi WAFA xəbər agentliyinin məlumatına görə, İsrail ordusu basqından sonra bəzi binaların damına snayperlər yerləşdirib.
Basqın zamanı 58 yaşlı Cevad Hüseyin Bevakine və 26 yaşlı Edhem Muhammed Cebbarin  həlak olduğu bildirilib.

Fəth hərəkatının Cenin üzrə baş katibi Ata Əbu Ramile deyib: “Bevakine evinin qarşısında vurulan Cebbarinə ilkin tibbi yardım göstərdiyi zaman  işğalçı qüvvələrin hücumuna məruz qalıb".

İsrail qüvvələrinin təcili yardım maşınlarının hadisə yerinə daxil olmasına  icazə vermədiyini vurğulayan Ata Əbu Ramile yerli sakinlərin vasitəsi ilə xəstəxanaya yerləşdirilən Cebbarin və Bevakinenin həyatını itirdiyini qeyd edib.

WAFA xəbər agentliyinə müsahibə verən Fələstin təhlükəsizlik mənbələri də basqın edən İsrail qüvvələri ilə fələstinli gənclər arasında baş verən qarşıdurmada 3 nəfərin yaralandığını,bir neçə nəfərin saxlanıldığı bildirib.

İlin əvvəlindən İsrail əsgərləri tərəfindən öldürülən fələstinlilərin sayı 4-ü uşaq olmaqla 17-yə yüksəlib.

Digər tərəfdən İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinə etdiyi basqın zamanı biri jurnalist olmaqla 15 nəfərin saxlanıldığı bildirilib.
Fələstinin rəsmi WAFA xəbər agentliyinin yaydığı xəbərə görə, İordan çayının qərb sahilinin Xəlil şəhərinə etdilən basqınlar zamanı yeddi nəfər saxlanılıb. 
İşğal altındakı İordan çayının qərb sahilindəki ''Cenin'' qaçqın düşərgəsinə səhər saatlarında edilən basqın nəticəsində 2 nəfərin öldüyü, 5 nəfərin saxlanıldığı qeyd olunub.



Әlaqәli Xәbәrlәr