Ulf Kristersson: ''Türkiyenin verəcəyi qərara hörmətlə yanaşırıq''

İsveçin baş naziri Ulf Kristersson ölkəsinin Türkiyenin NATO-ya üzvlüklə bağlı qərarına hörmətlə yanaşdığını bildirib.

1933560
Ulf Kristersson: ''Türkiyenin verəcəyi qərara hörmətlə yanaşırıq''

İsveçin baş naziri Ulf Kristersson ölkəsinin Türkiyenin NATO-ya üzvlüklə bağlı qərarına hörmətlə yanaşdığını bildirib.
Ulf Kristersson paytaxt Stokholmda Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel ilə görüşüb.

Görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edən Ulf Kristersson Türkiye ilə danışıqların uğurlu şəkildə davam etdiyini bildirib. Ulf Kristersson deyib:"Türkiyenin İsveçin alyansa qoşulmasına müsbət yanaşdığını düşünürəm. Son qərarı Türkiye verəcək''.

NATO-ya üzv 28 ölkənin İsveçin alyansa qoşulmasına müsbət yanaşdığını xatırladan Ulf Kristersson bildirib ki, hər bir ölkənin ratifikasiya prosesinə hörmətlə yanaşırıq. İsveç və Finlandiya iyun ayında NATO sammiti çərçivəsində imzalanan üçtərəfli razılaşmaya əsasən öhdəliklərini yerinə yetirir. Türkiyenin bizim haqqımızda verəcəyi qərara hörmətlə yanaşırıq.



Әlaqәli Xәbәrlәr